Cocuq Mərcanlıda gün ərzində 5 hektara yaxın ərazi təmizlənib

Hadisə
  • 29 noyabr, 2017
  • 20:16
Cocuq Mərcanlıda gün ərzində 5 hektara yaxın ərazi təmizlənib

Bakı. 30 noyabr. REPORT.AZ/ ANAMA noyabrın 29-da Cəbrayıl rayonunun

Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi

nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, gün ərzində kənddə 49 300 kv.m (4.93 ha) ərazi tam təmizlənib, 20 000 kv.m (2.00 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 69 300 kv.m (6.93 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

44 - Tezliklə