Civə satmaqda təqsirli bilinənlər apelyasiya şikayəti veriblər
- 12 iyun, 2019
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Civə satmaqda təqsirli bilinən Tuqay İmanov və Adəm İsmayılov barələrindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin icraatındadır.
Baxış iclası iyunun 13-də keçiriləcək.
Təqsirləndirilən şəxslər Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.
Onlara qarşı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib. Nizami Rayon Məhkəməsinin hökmü ilə onlara şərti cəza verilib.