Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb - YENİLƏNİB-2

Hadisə
  • 21 iyul, 2023
  • 15:31
Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb - YENİLƏNİB-2

Cəlilabadda ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Əli Mirzəyev və 1991-ci il təvəllüdlü Ülvi Mustafayev də xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:15

Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər xəstəxanaya müraciət edib.

Onlar 1970-ci il təvəllüdlü Firuzə Hüseynova, 1987-ci il təvəllüdlü Xəyalə Yaqubzadə, 1962-ci il təvəllüdlü Naibə Əliyeva, 1952-ci il təvəllüdlü Zümrüd Şıxəliyeva, 1981-ci il təvəllüdlü Nailə Quluzadə və 2009-cu il təvəllüdlü Xədicə Yaqubzadədir.

Faktla bağlı araşdırma aparılır.

18:25

Cəlilabadda ziyarətgaha gedən mikroavtobus qəza törədib, yaralılar var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin çıxışında qeydə alınıb.

Belə ki, qəza zamanı "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Yaralılar rayon xəstəxanasına aparılır.

Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə