Cəlilabadda taxıl biçini zamanı kombayn aşıb, sürücü ölüb

Hadisə
  • 30 iyun, 2018
  • 14:06
Cəlilabadda taxıl biçini zamanı kombayn aşıb, sürücü ölüb

Cəlilabad. 30 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.

Dünyasını dəyişən şəxs yerli sakin Dünyamalıyev Aydın Alı oğludur.

Faktla bağlı araşdırma aparılır.