Cəlilabadda qayınata və qayınana yeznələri tərəfindən döyülüb

Hadisə
  • 25 yanvar, 2019
  • 04:33
Cəlilabadda qayınata və qayınana yeznələri tərəfindən döyülüb

Cəlilabad. 25 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhər ərazisində qeydə alınan hadisə nəticəsində 1948-ci il təvəllüdlü Səfərov Əli Tərlan oğlu və 1953-cü il təvəllüdlü Səfərova Gülxas Əliheydər qızı döyülüb.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, döyülən şəxslər ər-arvaddır və yeznələri tərəfindən döyülüblər.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.

44 - Tezliklə