Cəlilabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub

Hadisə
  • 07 avqust, 2017
  • 10:28
Cəlilabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub

Bakı. 7 avqust. REPORT.AZ/ Cəlilabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əmrah Hüseynova məxsus evdən qızıl əşyalar oğurlayıb evi qəsdən yandırmaqda şübhəli bilinən Bəcrəvan kənd sakini Afiq Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.