Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

Hadisə
  • 25 may, 2020
  • 12:03
Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb
photographee.eu/Depositphotos

Cəlilabad rayonunda kişi meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.

Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.

Həmin şəxsin koronavirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.