Cəlilabadda fərdi ev tamamilə yanıb

Hadisə
  • 28 noyabr, 2026
  • 22:26
Cəlilabadda fərdi ev tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Mirsayid Məmmədova məxsus birmərtəbəli evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Buna baxmayaraq, ev yanaraq külə dönüb.

Yanğının başvermə səbəbi araşdırılır.

44 filmi