Cəlilabadda 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb
- 01 mart, 2019
- 11:38
Cəlilabad. 1 mart. REPORT.AZ/ Cəlilabad rayonunda 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə "Report"un Muğan bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini A.Abışov Cəlilabad rayon Polis şöbəsinin Göytəpə polis bölməsinə ərizə ilə müraciət edərək ona məxsus hamam binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Göytəpə şəhər sakinləri E.Eynullayev, Z.Şükürov və M.Nurullayev saxlanılıb. Araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb və rayon ərazisindəki mağaza, çayxana, təmir sexi, məscid olmaqla, ümumilikdə, 4 obyektdən də 300 manat dəyərində su mühərriki, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.