Bu ilin ilk günündə baş verən yol qəzaları 6 nəfərin həyatına son qoyub

Hadisə
  • 03 yanvar, 2017
  • 10:29
Bu ilin ilk günündə baş verən yol qəzaları 6 nəfərin həyatına son qoyub

Bakı. 3 yanvar. REPORT.AZ/ Bu ilin ilk günündə respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, 2017-ci il yanvarın 1-də 7 yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.