“BP-Azerbaijan”: Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər ofis işçiləri evə buraxılıblar

Hadisə
  • 03 dekabr, 2018
  • 14:03
“BP-Azerbaijan”: Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər ofis işçiləri evə buraxılıblar

Bakı. 3 dekabr. REPORT.AZ/ “Bu gün saat 15 radələrində ofisimizdə (BP Xəzər Mərkəzi, Port Baku) potensial təhlükəsizlik riski aşkar olunub. Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər qalan iş saatlarında ofis işçiləri evə buraxılıblar”.

Bunu “Report”a “BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

O qeyd edib ki, hazırda risk araşdırılır.