“Bizim market”dən 400 manatlıq yağ oğurlamaq istəyən şəxs tutulub

Hadisə
  • 27 aprel, 2018
  • 11:44
“Bizim market”dən 400 manatlıq yağ oğurlamaq istəyən şəxs tutulub

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda “Bizim market”dən oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, “Bizim market”in Xətai rayonu, Telnov küçəsində yerləşən mağazasından 400 manatlıq kərə yağı oğurlamağa cəhd edən 35 yaşlı Amin Cavadov mağazanın əməkdaşları tərəfindən saxlanılıb. O, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

44 filmi