Binəqədidə yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb

Hadisə
  • 19 may, 2017
  • 03:43
Binəqədidə yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb
Report.az

Bakı. 19 may. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yolu keçmək istəyən piyadanı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Elit Ticarət və Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hüseynov Samir Fəxrəddin oğlunu "Toyota" markalı minik avtomobili vuraraq ərazidən uşaqlaşıb. Xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücünün kimliyi müəyyənləşdirilir. Zərərçəkmiş yaxınlıqdakı restoranların birində ofisiant kimi fəaliyyət göstərir.

44 - Tezliklə