Biləsuvarda yol qəzasında motosikletçi ölüb
Hadisə
- 20 sentyabr, 2025
- 20:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə saat 18:00 radələrində Biləsuvar şəhərinin mərkəzindən keçən dolama yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet əvvəlcə "Mercedes" markalı avtomobillə toqquşub. Daha sonra "Ford" markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində motosikletin sürücüsü, Biləsuvar şəhər sakini, 1992-ci il təvəllüdlü Tamerlan Zakir oğlu Tağıyev müxtəlif bədən xəsarətləri alıb. O ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:42
Rumıniya parlamenti yeni hökumətin proqramı və tərkibini nəzərdən keçirəcək
Digər ölkələr03:05
Tramp İran gələcəkdə təslim yolunu seçəcəyini bildirib
Digər ölkələr02:38
Xəzər dənizində zəlzələ baş verib
Hadisə02:17
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 440 nəfər saxlanılıb
Digər ölkələr01:52
ABŞ-də süni intellektin tənzimlənməsi üzrə komitə yaradıla bilər
Digər ölkələr01:25
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
Digər ölkələr01:04
ABŞ-də dövlət xidmətlərinə çıxış üçün süni intellekt platforması yaradılır
Digər ölkələr00:53
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib
Futbol00:31