ABŞ-də dövlət xidmətlərinə çıxış üçün süni intellekt platforması yaradılır

Digər ölkələr
  • 30 sentyabr, 2026
  • 01:04
ABŞ-də dövlət xidmətlərinə çıxış üçün süni intellekt platforması yaradılır

ABŞ Prezidenti Donald Tramp vətəndaşların federal hökumətin məlumat və xidmətlərinə çıxışını təmin etmək üçün süni intellekt əsasında vahid rəqəmsal platformanın yaradılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.

"America.gov" platforması amerikalıların məlumat və dövlət xidmətlərinə onlayn çıxışını təmin etmək üçün nəzərdə tutulub.

Sorğu göndərildikdən sonra süni intellektə əsaslanan sistem addımbaaddım tövsiyələr və müvafiq dövlət qurumlarının saytlarına keçidlər təqdim edir.

Ağ Evin açıqlamasına əsasən, gələcəkdə platformanın funksionallığının genişləndirilməsi planlaşdırılır.