Biləsuvarda qonşusuna atəş açan şəxs saxlanıldı
Hadisə
- 08 iyun, 2020
- 09:11
Biləsuvar rayonunda xuliqanlıq hadisəsi törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib.
Kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Son xəbərlər
00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11
Hörmüz boğazında yük gəmisi zərbəyə məruz qalıb, ölən var
Digər ölkələr23:54
Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Xarici siyasət23:50
Marko Rubio: ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur
Digər ölkələr23:33
Kats Suriyaya xəbərdarlıq edib: Əbədi olaraq İsrailin nəzarətində qalacaq
Digər ölkələr23:21
ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir
Digər ölkələr23:01
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
Digər ölkələr22:47