Biləsuvarda ölümlə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub - YENİLƏNİB

Hadisə
  • 01 fevral, 2017
  • 06:06
Biləsuvarda ölümlə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub - YENİLƏNİB

Biləsuvar. 1 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda ölümlə nəticələnən silahlı insidentin təfərrüatı məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Amankənd sakini Asim Alim oğlu Əliyev həmkəndlisi Şahin Azər oğlu Əliyevlə mübahisə edib. Sonra A.Əliyev evə gələrək “TOZ-8” markalı ov tüfəngini götürüb və yenidən Ş.Əliyevlə mübahisə etməyə gedib. Bu zaman onun qardaşı Adil Alim oğlu Əliyev mübahisə edənləri ayırmağa çalışıb. Lakin qəfildən açılan atəşlə Asim Əliyev qardaşını güllələyib. Həmkəndlisi Ş.Əliyev isə baş nahiyəsindən güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Asim Əliyevi tutub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

*** saat 08:26

Biləsuvar. 1 fevral. REPORT. AZ/ Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Amankənd ərazisində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilib. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.