Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb
Hadisə
- 01 iyun, 2024
- 05:18
Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırma davam etdirilir.
Son xəbərlər
13:10
Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
Region13:08
AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
Biznes13:03
Həsən Həsənli: "AI-ın tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını sürətləndirəcək"
İKT12:55
Foto
Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk"
Biznes12:53
Foto
Video
Qaradağda vulkan püskürüb - ƏLAVƏ OLUNUB
Ekologiya12:51
Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
Fərdi12:40
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır
Turizm12:36
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Ekologiya12:35