Biləsuvarda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb

Hadisə
  • 29 sentyabr, 2024
  • 20:08
Biləsuvarda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində İmişli rayon sakinləri, 1983-cü il təvəllüdlü Elnur Qəhrəmanov və 1986-cı il təvəllüdlü Elçin Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.