Biləsuvarda 16 yaşlı qız intihardan əvvəl özünü videolentə alıb - VİDEO

Hadisə
  • 19 iyun, 2018
  • 08:20
Biləsuvarda 16 yaşlı qız intihardan əvvəl özünü videolentə alıb - VİDEO

Biləsuvar. 19 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda intihar edən 16 yaşlı qız özünü intihardan əvvəl videolentə alıb.

"Report"un Aran bürosunun məlumatına görə, o, videonu çəkərək öz nişanlısına göndərib.

Qeyd edək ki, hadisə mayın 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində baş verib. 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib.

Məlumata görə, S.Məmmədova nişanlı olub.

Biləsuvarda 16 yaşlı qız intihardan əvvəl özünü videolentə alıb - VİDEO