Bərdədə intihara cəhd hadisəsi baş verib - FOTO

Hadisə
  • 25 iyun, 2017
  • 20:10
Bərdədə intihara cəhd hadisəsi baş verib - FOTO
"Report"

Bərdə. 26 iyun. REPORT.AZ/ Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, təxminən 30-35 yaşlı kişi prospektdəki Tərtər çayı üzərindəki körpüdən özünü atıb. Xoşbəxtlikdən o, ölməyib.

Xəsarət almış şəxs polis əməkdaşları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.