Bərdədə canavarlar ev heyvanlarına hücum edib
Hadisə
- 22 aprel, 2015
- 06:23
Bakı. 22 aprel. REPORT.AZ/ Bərdə rayonunun Əyricə kəndində canavarlar xırdabuynuzlu heyvanlara hücum edib. “Report”un xəbərinə görə, kənd sakini Tariel Əhmədovun şəxsi təsərrüfatına gecə saatlarında hücum çəkən canavarlar 9 baş xırdabuynuzlu heyvanı öldürüb, bir neçəsini isə yaralayıb.
Təsərrüfat sahibi uzun illərdən bəri ilk dəfədir ki, kənddə belə bir hadisənin baş verdiyini deyib.
Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gedib, ölmüş heyvanlardan nümunə götürülərək laboratoriyaya göndərilib. Yaralı heyvanlara isə köməklik göstərilib.
Son xəbərlər
17:42
AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib
Futbol17:40
Azərbaycan gömrükçüləri 17 ədəd mobil telefon aşkar edib
Biznes17:39
AFAD rəhbəri: Türkiyə TDT çərçivəsində yeni layihələrin icrası ilə bağlı Azərbaycanla birlikdə fəaliyyət göstərir
Xarici siyasət17:38
Qarabağda torpaq icarəsi üzrə lV investisiya müsabiqəsinin qalibləri müəyyən edilib
ASK17:35
Yaponiyanın 18 şəhərində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilib
Digər ölkələr17:35
Azərbaycan basketbol millisinin üzvü Ercan Donat "LANDAU Lions"a keçib
Komanda17:31
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
Fərdi17:26
Fransa İslam Fondu bağlanma təhlükəsi ilə üzləşib
Digər ölkələr17:25