Qanada ağır qəza nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb

Digər ölkələr
  • 13 avqust, 2026
  • 17:25
Qanada ağır qəza nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb

Qananın paytaxtı Akkra şəhərində baş vermiş ağır qəza nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Qananın Milli Yanğınsöndürmə Xidmətinə (GNFS) istinadən məlumat yayıb.

Qəza Qana paytaxtının ətrafındakı Akkra-Kumasi şosesində yerləşən Ofankor nəzarət-buraxılış məntəqəsində iki yük avtomobili, iki mikroavtobus, iki minik avtomobili və bir motosikletin iştirakı ilə baş verib.

"Xilasedicilər huşsuz vəziyyətdə olan 11 zərərçəkəni çıxararaq polisə təhvil veriblər. Daha sonra hər 11 zərərçəkənin vəfat etdiyi barədə təsdiq aldıq, daha 13 yaralı isə tibbi yardım göstərilməsi üçün təcili olaraq Açimota xəstəxanasına çatdırıldı", - təcili xidmətlərdən bildirilib.