Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib
Hadisə
- 23 noyabr, 2015
- 17:03
Bakı. 23 noyabr. REPORT.AZ/ Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib. "Report" xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.
Valideynlərin sözlərinə görə, zəhərlənmə 2003-cü il təvəllüdlü Leyla Rəşid qızı Vəliyeva hamamda olarkən baş verib.
Uşağın vanna otağından gec çıxdığını görən valideynlər hamamın qapısını sındırıblar və huşsuz vəziyyətdə olan Leylanı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, onun həyatını xilas etmək mümkün olub.
Son xəbərlər
03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Larak adasına hücumu cavabsız qalmayacaq
Region23:53