​Bərdə rayonunda yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

Hadisə
  • 09 avqust, 2015
  • 08:22
​Bərdə rayonunda yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

Bakı. 9 Avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bərdə rayonunun Mustafaağalı kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin dam örtüyü və 1 otağı yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb.