Baş prokuror: “Ölkə üzrə hazırkı dövrədək 10 622 cinayət işinin istintaqı tamamlanıb”

Hadisə
  • 01 oktyabr, 2021
  • 04:44
Baş prokuror: “Ölkə üzrə hazırkı dövrədək 10 622 cinayət işinin istintaqı tamamlanıb”

“Həyata keçirilmiş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər davam etmiş, xüsusən əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 5 qəsdən adam öldürmə cinayətinin peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər məhkəmə məsuliyyətinə verilmişlər”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

Ümumilikdə ölkə üzrə hazırkı dövrədək cəmi 10 622 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 883-ü prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 571, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8 378 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

İbtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 21 milyon 184 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.