​“Bank of Azerbaijan”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

Hadisə
  • 29 oktyabr, 2015
  • 07:11
​“Bank of Azerbaijan”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, SKMF-nin apellyasiya şikayəti təmin edilməyib, qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb. Məhkəmədə iddianın təmin tədbiri barədə ərizə təmin edilməyib. Qərarla razılaşmayan Fond apellyasiya şikayəti verib.