Bank kartları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işlərinin sayı açıqlanıb

Hadisə
  • 15 yanvar, 2020
  • 07:22
Bank kartları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işlərinin sayı açıqlanıb

"Ötən il bank kartları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 1 cinayət işi daxil olub".

"Report"un xəbərinə görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, iş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib: "Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bu iş bağlanmış banklarla bağlı olub. Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb, baxılması üçün məhkəməyə göndərilib".