Balakəndə silsilə oğurluqlar edən şəxslər tutulub - FOTO
Hadisə
- 11 yanvar, 2016
- 10:03
Bakı. 11 yanvar. REPORT.AZ/ Balakən rayonunda silsilə oğurluqlar edən şəxslər tutulub. "Report" xəbər verir ki, rayon sakini 1972-ci il təvəllüdlü Kamran Abdul oğlu Vasayev və 1981-ci il təvəllüdlü rayonun Talavar kənd sakini Əhməd Vəli oğlu Musayev mağazalardan oğurluqda şübhəli bilinərək saxlanılıb.
Baləkən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, dekabrın 12-dən yanvarın 8-nə qədər adı çəkilən şəxslər rayon ərazisində olan ərzaq dükanlarından tütün məmulatları və ərzaq malları oğurlayıblar: "Onların evlərinə baxış keçirilən zaman dükanlardan oğurlanan tütün məmulatlar, həmçinin dükanların qıfıllarını sındırdıqları alətlər və avadanlıqlar aşkarlanıb".
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
20:24
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Elm və təhsil20:14
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
İnfrastruktur20:12
Türkiyə Superliqası klubu baş məşqçi postuna Orhan Akı gətirib
Futbol20:06
Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib
Elm və təhsil20:03
Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb
Xarici siyasət20:02
İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir
Xarici siyasət19:57
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib
Digər ölkələr19:54
"Qəbələ" cari mövsüm Premyer Liqada ilk qələbəsini "İmişli" üzərində qazanıb
Futbol19:41