"Qəbələ" cari mövsüm Premyer Liqada ilk qələbəsini "İmişli" üzərində qazanıb

Futbol
  • 04 sentyabr, 2026
  • 19:54
Qəbələ cari mövsüm Premyer Liqada ilk qələbəsini İmişli üzərində qazanıb

Misli Premyer Liqasının IV turunda "Qəbələ" "İmişli"yə qalib gəlib.

"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 15-ci dəqiqədə "qırmızı-qaralar"dan Kouya Mabea açıb. 45+2-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirib. Dioqo Almeyda adını tabloya yazdırıb.

"Qəbələ"yə 3 xalı qazandıran qola isə 66-cı dəqiqədə Karim Rossi imza atıb. "İmişli"nin heyətində Dioqo Almeyda 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Cari mövsümdə ilk qələbəsini qazanan "Qəbələ" xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Eyni xala malik "İmişli" isə 7-cidir.