Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Hadisə
  • 02 iyun, 2018
  • 11:52
Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Balakən. 2 iyun. REPORT.AZ/ Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olan məlumat əsasında Balakən rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa və dibçəklərə əkilmiş, ümumilikdə, 103 ədəd çətənə kolu, eyni zamanda həmin narkotik vasitələr əkilmiş sahəyə qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, qurudulmamış marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.