Bakıda yük yerində mənşəyi bilinməyən heyvan leşləri olan avtomobil saxlanılıb

Hadisə
  • 29 dekabr, 2017
  • 09:36
Bakıda yük yerində mənşəyi bilinməyən heyvan leşləri olan avtomobil saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.

Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.