Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

Hadisə
  • 06 avqust, 2018
  • 07:52
Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 6 avqust. REPORT.AZ/ Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 5-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Yolçu Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.