Bakıda yol kənarındakı işıqlandırma sistemindən oğurluq edilib

Hadisə
  • 09 avqust, 2019
  • 10:33
Bakıda yol kənarındakı işıqlandırma sistemindən oğurluq edilib

Bakıda yol kənarındakı işıqlandırma sistemindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zuğulba-Bilgəh yolunun kənarındakı işıqlandırma sistemindən ümumi dəyəri 320 manat olan 1 ədəd tənzimləyici və 2 ədəd maqnit buraxıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Çernov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 16-da Mərdəkan qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birinə məxsus 2 paylayıcı qurğudan 540 manat dəyərində kontaktor, rele və maqnit buraxıcısının oğurlaması müəyyən edilib.

44 - Tezliklə