Bakıda yeniyetmə qardaşını güllələyib
Hadisə
- 31 mart, 2018
- 07:48
Bakı. 31 mart. REPORT.AZ/ Bakı sakini qardaşını güllələyib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
19:33
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
Fərdi19:30
Azərbaycanda 8 ayda istehsal edilən karbamidin həcmi açıqlanıb
Energetika19:29
Foto
Milli Paralimpiya Komitəsi Açıq Qapı Günü təşkil edib
Fərdi19:18
DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir
Xarici siyasət19:09
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Xarici siyasət19:07
Foto
Bakı və Belqrad ikitərəfli əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə ediblər
Xarici siyasət19:03
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
Region18:47
"Barselona"nın qapıçısı Joan Qarsiya zədələnib
Futbol18:43