Bakıda yaşayış binasında yanğın baş verib: tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib, daha 10 nəfər təxliyə olunub

Hadisə
  • 27 noyabr, 2017
  • 02:32
Bakıda yaşayış binasında yanğın baş verib: tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib, daha 10 nəfər təxliyə olunub

Bakı. 27 noyabr/ REPORT.AZ/  Bakının  Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində  yanğın baş verib. "Report" xəbər verir ki, hadisə nəticəsində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanmışdır. 

Yanğın zamanı tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilmiş və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzillər yağından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

44 - Tezliklə