Bakıda xəstə özünü xəstəxananın beşinci mərtəbəsindən atıb

Hadisə
  • 18 yanvar, 2016
  • 08:29
Bakıda xəstə özünü xəstəxananın beşinci mərtəbəsindən atıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə (keçmiş Semaşko) qeydə alınıb. 

Xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. 

Hadisə ilə bağlı araşdırmalar aparılır.