Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlayan qrupun digər üzvü tutulub
Hadisə
- 27 avqust, 2015
- 08:13
Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlayan şəxslərdən ikincisi də tutulub.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlayan qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05
Uitkoff: ABŞ, Rusiya və Ukrayna tezliklə üçtərəfli görüş elan edə bilərlər
Digər ölkələr21:41