Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub

Komanda
  • 06 sentyabr, 2026
  • 22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionu olub.

"Report"un məlumatına görə, komanda turnirin finalında İtaliya ilə üz-üzə gəlib.

Türkiyə seçməsi İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşmada rəqibini 3:2 hesabı ilə üstələyib.

Beləliklə, komanda tarixində ikinci dəfə Avropa çempionu olub. "Ay-ulduzlular" 2023-cü ildə də bu titula sahib çıxıb.

Xatırladaq ki, Türkiyə millisi yarışın 1/8 finalında Azərbaycan yığmasına qalib gəlmişdi.