Bakıda ticarət mərkəzində partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlanıb

Hadisə
  • 19 dekabr, 2017
  • 08:50
Bakıda ticarət mərkəzində partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda yüksək səsyayıcı qabiliyyətə malik çox sayda partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Belə ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən dekabrın 16-da Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Cəlilabad rayon sakini Elman Ağayevdən yüksək səsyayıcı qabiliyyətə malik 5400 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.