Bakıda tibbi maskadan istifadə etməyən koronavirus xəstəsi saxlanılıb
Hadisə
- 12 dekabr, 2020
- 11:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları 34 yaşlı Rəşad Əhmədovu Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlayıb.
"Report" xəbər verir ki, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Son xəbərlər
14:04
Foto
İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Hadisə
13:58
YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb
Media
13:53
Azərbaycan və Laos arasında xidməti pasport sahibləri viza tələbindən azad edilir
Xarici siyasət
13:51
Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib
İnfrastruktur
13:49
Foto
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
İnfrastruktur
13:47
Foto
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib - YENİLƏNİB
Xarici siyasət
13:45
Foto
Laos Prezidenti Zəfər parkını ziyarət edib
Daxili siyasət
13:43
Foto
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Xarici siyasət
13:41
Dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətinə dair tələblərin yumşaldılması təklif olunub
Milli Məclis