Bakıda adam öldürməyə cəhdlə bağlı cinayət işi məhkəməyə göndərilib
- 23 fevral, 2022
- 06:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2021-ci il oktyabrın 25-də paytaxtın Nərimanov rayon sakini Tural Heydərovun kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Nərimanov Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin tanışı Şükran Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Şükran Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.