Bakıda şirkət əməkdaşını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- 25 fevral, 2019
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb.
O, T.Namazovaya 14 bıçaq zərbəsi vurub.