Bakıda “Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

Hadisə
  • 15 yanvar, 2018
  • 11:03
Bakıda “Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a bildirilib ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

44 - Tezliklə