Bakıda qızıl mağazasından oğurluq etmək istəyən qadın tutulub

Hadisə
  • 28 iyul, 2016
  • 08:49
Bakıda qızıl mağazasından oğurluq etmək istəyən qadın tutulub

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda qızıl mağazasından oğurluğa cəhd edən qadın tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 27-də saat 16 radələrində Nəsimi rayonunun Cavadxan küçəsindəki mağazalardan birindən qızıl əşyaları oğurlamağa cəhd göstərən Bakı şəhər sakini Zərinə Babayeva Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs 19-cu Polis Bölməsinə təhvil verilib.

44 - Tezliklə