Bakıda qardaşını bıçaqlayan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib
- 10 aprel, 2017
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əlicanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı K.Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q.Əlicanovu xilas etmək mümkün olub.
Daha sonra K.Əlicanov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.