Bakıda qardaş bacısını öldürüb, sonra özünə xəsarət yetirib
Hadisə
- 07 aprel, 2016
- 04:40
Bakı. 7 aprel. REPORT.AZ/ Bakının Xəzər rayonunda qardaş bacısını ödürüb, daha sonra özünə xəsarət yetirib.
Bu barədə "Report"a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, rayonun Şüvəlan qəsəbə sakini Ceyhun Qulamovla bir evdə yaşadığı bacısı Arifə arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Qulamov bacısının baş nahiyəsindən küt alətlə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra C.Qulamov hər iki biləyini kəsərək özünə xəsarət yetirib. 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən C.Qulamov polis nəzarətindədir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
21:51
"Xatəm əl-Ənbiya" ABŞ-ni güclü cavab zərbəsi ilə hədələyib
Region21:50
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
Digər ölkələr21:48
Avropa çempionatı: Azərbaycanın voleybol millisi 1/8 finalda Türkiyəyə uduzub
Komanda21:46
Rusiya səfiri Leypsiq hava limanında PUA insidenti ilə bağlı Almaniya XİN-ə çağırılıb
Digər ölkələr21:44
"Zenit"in futbolçusu Du Keyros "Sabah"a keçib
Futbol21:40
"Tasnim": Qeşm adası, Bəndər Abbas və Sirikdə partlayış səsləri eşidilib
Region21:38
Putin: Ermənistan Aİ-yə daxil olmaq istəyi səbəbindən Aİİ-də çətinliklərlə üzləşib
Region21:35
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq
Digər ölkələr21:18