Bakıda qadının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayan şəxs tutulub
Hadisə
- 22 noyabr, 2014
- 07:46
Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda başqasının mobil telefonunu danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq etmiş şəxs saxlanılıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dələduzluq hadisəsi bu il iyunun 25-də saat 20:00 radələrində, metronun “Koroğlu” stansiyasının yaxınlığında olub. Həmin vaxt naməlum şəxs Bakı şəhər sakini Rəbiyyə Həsənzadənin mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb.
Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Röyal Səfərov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:57
İsveçdə parlament seçkiləri keçirilir
Digər ölkələr11:41
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
Energetika11:30
Azərbaycan təmsilçisi bu gün "Sea Breeze 2026" beynəlxalq turnirində final oyununa çıxacaq
Komanda11:19
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
Digər ölkələr11:03
Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
Digər ölkələr10:36
WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Digər ölkələr10:17
Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəlib
Futbol10:06
Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər
Digər ölkələr09:46