Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Hadisə
- 28 may, 2022
- 05:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu il fevralın 23-də Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.Sadıqov tanışı Sevinc Cəfərovanı qadının yaşadığı evdə qətlə yetirib.
Daha sonra S.Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr
06:17
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib
Digər ölkələr
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol
05:21
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
Digər ölkələr
04:38
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Xarici siyasət