Bakıda polis əməkdaşı qəza törədib -FOTOLAR
Hadisə
- 12 yanvar, 2015
- 06:48
Bakı. 12 yanvar. REPORT.AZ/ Binəqədi rayonu ərazisində yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan "Nissan" markalı minik maşını yol kənarındakı səkilərə çırpılıb. Sürət yüksək olduğundan, "Nissan" yolun ortasına aşıb. Hadisədən sonra sürücü qəza baş verən yerdən yayınıb. Əraziyə cəlb olunan yol patrul xidmətinin əməkdaşları maşına baxış keçiriblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya düşən maşını idarə edən sürücü polis əməkdaşıdır. Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və qəzanın səbəblərinə aydınlıq gətiriləcək.
Son xəbərlər
06:27
"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Digər ölkələr06:06
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
Digər ölkələr05:35
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
Region05:10
"Yonhap": Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
Digər ölkələr04:40
İndoneziya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr04:10
Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb
Region03:45
FT: Britaniya hava limanlarındakı problem hərbi təyyarəyə görə yaranıb
Digər ölkələr03:18
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Region02:48